Zaman Damğası nədir?
Zaman Damğaları müəyyən bir məlumatın bəlli bir tarixdə var olduğunu bildirir. Zaman Damğası Serveri, zaman damğalarını imzalamaq üçün açıq açar texnologiyasından istifadə edərək, məlumatın bütünlüyünü və müəyyən bir tarixdəki varlığını təsdiqləyir.
Zaman damğası, elektronik mühitdə log, sənəd və müqavilə kimi elektronik məlumatların, müəyyən bir zamandan əvvəl var olduğunu sübut etmək üçün istifadə edilir. Məsələn bir log faylının, qeyd altına alındığı tarixdə orijinal halıyla var oldugunu, sonradan dəyişdirilmədiyini isbat etmək məqsədiylə zaman damğasından istifadə etmək olar.
Bir müqavilənin imzalandığı, pulun transfer edildiyi, müraciətin edildiyi vs. tarix və saatı sübut etmə ehtiyacı olduğu e-ticarət, e-dövlət tətbiqləri üçün həyatı əhəmiyyət daşımaqdadır. Bununla birlikdə yeni bir şəkil, dizayn, fotoşəkil, düşüncə, araşdırma, düstur, alqoritm, kitab kimi fikri və mülkü istifadə haqqı əldə etmək, istənilən hər cür elektronik məlumat üçün zaman damğası alına bilər.