Elektron imza nədir?

Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.



Xaricdə e-imza kartından istifadə etmək olar?

E-imza kartından xaricdə də istifadə etmək olar.



Hazırlanmış sənədə 2 müxtəlif adam imza qoya bilərmi?

Bəli mümkündür.



İki açar nəyə görə vacibdir?

Simmetrik açarla şifrələməkdən fərqli olaraq informasiyanın şifrələnməsi və deşifrələnməsi üçün asimmetrik sistemlərdə biri digərindən alınması mümkün olmayan iki müxtəlif açardan istifadə olunur. Açarlardan biri şifrələmə digəri isə deşifrələmə üçün istifadə olunur. Açıq açar ilə sistemin fəaliyyət prinsipi gizli yol ilə birtərəfli funksiyaların tətbiqinə əsaslanır.
Açarların generasiyası özündə açarı saxlayan sistem istifadəçisi tərəfindən həyata keçirilir. Bu açar gələcəkdə informasiyanın deşifrələnməsi (gizli açar) üçün istifadə olunacaq, informasiyanın şifrələnməsi üçün tətbiq olunan digər açar isə (açıq açar) bu açarın vacib olduğu hər kəs tərəfindən istifadə edilir. Bu açar informasiyanın deşifrlənməsi üçün istifadə oluna bilmədiyindən onun yayılmasını məhdudlaşdırmağın heç bir mənası yoxdir.
İnformasiyanı alan şəxsin açıq açarın köməyilə sistemin digər istifadəçiləri vacib olan informasiyanı şifrələyə bilərlər və informasiyanı alan şəxsdən başqa heç kəs məzmunu deşifrələyə bilməz. Belə ki, bunun üçün vacib olan gizli açar yalnız informasiyanı alan şəxsin ixtiyarındadır.
Öz növbəsində açıq açarla alqoritmlər açarların məxfiliyinin daha yüksək səviyyəsini təmin edirlər. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. Bununla əlaqədar olaraq təcrübədə fərdi informasiyanın şifrələnməsi zamanı simmetrik açarla alqoritmlər, yayılan informasiyanın şifrələnməsi zamanı isə hər iki alqoritmin kombinasiyası istifadə olunur.
Şifrələmədən fərqli olaraq elektron imzanın asimmetrik sistemləri imzanın formalaşdırılması üçün gizli açara, onun yoxlanılması üçün isə açıq açara əsaslanırlar. Beləliklə, imza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.



Loading