E-imza

Funksiya və vəzifələri

Dövlət orqanlarının elektron imza sertifikat xidmət mərkəzi

Mərkəzlərin hüquqları və vəzifələri

Mərkəz aşağıdakı hüquqlara malikdir:

• Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz fəaliyyətini təmin etmək və tənzimləmək;
• Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan sertifikat xidmətlərinı göstərmək;
• Fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək;
• Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sertifikatların istifadə sahələrini və məhdudiyyətlərini müəyyən etmək.
• Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırmalıdır.
• Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırmalıdır.

Mərkəz aşağıdakı vəzifələrı yerinə yetirir:

• fəaliyyətin təhlükəsizliyini və imza sahibi barəsində məlumatların mühafizəsini təmin edir;
• imza sahibinin təqdim etdiyi sənədləri araşdırır və zəruri hallarda onların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanına müraciət edir;
• sertifikatların reyestrini aparır, onun aktuallığını və ona sərbəst, fasiləsiz müraciət edilməsi üçün lazımi şəraiti təmin edir;
• sertifikatlar barədə məlumatlar verir;
• sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır;
• qanununda nəzərdə tutulan hallarda sertifikatların qüvvəsini dayandırır, bərpa və ya ləğv edir, bu barədə imza sahibini və müraciət edən səlahiyyətli şəxsi (orqanı) məlumatlandırır.
• Azərbaycan Respublikasının qanunvericiliyində və ya tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra edir.

Mərkəz aşağıdakılara görə məsuliyyət daşıyır:


• fəaliyyətinin təhlükəsizliyinə, imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinə; • sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə;
• sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə;
• sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə;
• mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına;
• sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına.
• Mərkəz təkmil sertifikatların verilməsini Azərbaycan Respublikasının qanunvericiliyinin, bu qanunun və müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirir və sertifikatda onun istifadə sahələrini, məhdudiyyətlərini göstərir.
• Təkmil sertifikat və xarici sertifikat xidmətləri mərkəzinın sertifikatına təminat vermiş akkreditə edilmiş mərkəz imza istifadəçisinə vurulmuş zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
• İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına riayət edilməməsi nəticəsində imza istifadəçısinə vurulmuş zərərə görə mərkəzlər məsuliyyət daşımır.

Loading