Gücləndirilmiş imza nədir?
Gücləndirilmiş e-imzanın üstünlükləri:
• Gizlilik (confidentiality);
• Bütünlük (integrity);
• Tanınma (authentication);
• Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).
Gücləndirilmiş elektron imza -imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;
Elektron sertifikatlar, şəxsiyyət vəsiqəsi və başqa şəxsi sənədlərin isbat edilməsi üçün elektron əhatədə istifadə edilən elektron sənəddir. Sertifikatlar X.509 standartına uyğun olaraq istehsal olunur və bu standartlara uyğun Web skanerlərə, smart kartlara yüklənə bilər. Qanuna uyğun olaraq etibarlı elektron imza, gücləndirilmiş elektron sertifikatdan istifadə edilərək yaradılır. Bir elektron sertifikatın gücləndirilmiş olması üçün aşağıdakı xüsusiyyətlə cavab verməlidir.
• Sertifikatın gucləndirilmiş elektron sertifikat olduğuna dair bir dəlil.
• Sertifikat xidmət təmin edicisinin şəxsiyyət məlumatları və qurulduğu ölkə adı
• İmza sahibinin diaqnoz edilə biləcəyi şəxsiyyət məlumatları (Ad, soyad və şəxsiyyət nömrə məlumatları)
• Elektron imza meydana gətirmə məlumatına qarşılıq gələn imza təsdiqləmə məlumatı (açıq açar)
• Sertifikatın etibarlılıq müddətinin başlanğıc və bitmə tarixləri (SXM sertifikatlarının etibarlılıq müddəti, sertifikat çıxarıldığı anda başlar, tam 3 il sonra bitər.)
• Sertifikatın ardıcıl nömrəsi
• Sertifikat sahibi digər bir adam adına hərəkət edirsə bu səlahiyyətinə bağlı məlumat (SXM sertifikatları üçün etibarlı deyilidir.)
• Sertifikat sahibi tələb etsə peşə və ya digər fərdi məlumatları (SXM sertifikatları üçün etibarlı deyilidir.)